
AÇ-2020-ni qazansalar, hər futbolçuya 400 min avro veriləcək
Almaniya millisi AÇ-2020-ni qazansa, yığmanın hər bir üzvünə böyük məbləğdə mükafat veriləcək.
Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, Almaniya Futbol Federasiyasının AÇ-2020-ni qazanacaqları halda, hər bir futbolçuya 400 min avro mükafat verəcəyi bildirilib.
Almaniya yığması AÇ-2020-nin F qrupunda Fransa, Portuqaliya və Macarıstanla mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin