Getsenin qardaşı xəstəxanalıq oldu
Almaniya milli komandasının və PSV-nin futbolçusu Mario Getsenin qardaşı Feliks Getse xəstəxanalıq olub.
Komanda.az xəbər verir ki, 3-cü Bundesliqa təmsilçisi “Viktoriya”da çıxış edən Feliks “Kayzerslautern”lə matçda rəqib oyunçu ilə toqquşub və yerdə qalıb.
Feliks həkimlərin ilkin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılıb. Yarımmüdafiəçinin kəllə sümüyündə qırıq aşkarlanıb.
“Viktoriya” – “Kayzerslautern” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin