Podolskinin yeni klubu açıqlandı
Almaniya milli komandasının sabiq futbolçusu Lukas Podolskinin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Qurnik Zabje” klubuna keçib. Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Podolski ilə bir illik müqavilə imzalanıb.
Karyerası ərzində Almaniyada “Bavariya”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor” kimi klublarda çıxış edən Podolski, Almaniya yığması ilə 130 oyunda iştirak edib.
Podolski futbolçu karyerasına məhz “Qurnik Zabje” klubunda başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin