Lövdən 1:2-yə şərh: “Çox böyük xəyal qırıqlığı yaşayırıq”
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Löv, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Çox böyük xəyal qırıqlığı yaşayırıq. Bir az yorğunluğumuz var idi. Çox səhv etdik. Daha sürətli oynaya bilsəydik, təhlükəli ola bilərdik. Rəqibimizi üstələyə bilmədik və xəyal qırıqlığı yaşayaraq, oyunu tamamladıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin