“Fənərbaxça” üçün Löv iddiası

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Türkiyədə çalışa bilər.

Komanda.az xəbər verir ki, “Fənərbaxça” klubu alman mütəxəssislə maraqlanır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Lövün Almaniya yığmasındakı işindən ayrılandan sonra “Fənərbaxça”ya baş məşqçi təyin oluna biləcəyi qeyd olunub.

Löv AÇ-2020-dən sonra Almaniya yığmasındakı baş məşqçi postundan ayrılacağını açıqlayıb. 61 yaşlı mütəxəssis daha əvvəl – 1998/99 mövsümündə də “Fənərbaxça”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button