Löv 3 futbolçunu Almaniya millisinə qaytarmaq istəyir
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Mats Hummels, Tomas Müller və Jerom Boatenqi yenidən yığmaya dəvət edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, Lövün koronavirus pandemiyasının yaratdığı problemlerə görə üç futbolçuya yenidən dəvət göndərə biləcəyi qeyd olunub.
Löv 2019-cu ildə millinin yenidən qurulmasına ehtiyac olduğunu və bu səbəbdən Hummels, Müller və Boatenqi bir daha yığmaya çağırmayacağını demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin