Almaniya – Macarıstan matçının ən yaxşı futbolçusu
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Almaniya – Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestimin heyətində İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin