“Mahir Emreli əvvəlkindən xeyli çox pul qazanmaq istəyirdi”

Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı ilə bağlı yazı dərc edib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, alman həmkarlarımız Emrelinin “Nürnberq”dən daha çox pul istədiyini yazıb: 

“Son vaxtlar Emreli ilə klub arasında hələ də müsbət əlaqələrin olduğu görünürdü. Son həftələrdəki effektiv çıxışından və dörd qoldan sonra azərbaycanlının yeni müqavilə imzalaması artıq qeyri-mümkün görünmürdü. Futbolçu ilə klub rəhbərliyi arasında müvafiq müzakirələr aparılıb, amma heç bir razılıq əldə olunmayıb.

Yəqin, həm də ona görə ki, Emreli əvvəlkindən xeyli çox pul qazanmaq istəyirdi. Azərbaycan millisinin futbolçusu yayda kiçik zədə ilə Nürnberqə köçüb və bu səbəbdən, klub da nisbətən az xərc çəkmişdi. İndi hücumçu danışıqlarda özünü daha sərfəli mövqedə görürdü və Bundesliqa klubunda özünə yer tapmağa üstünlük verib”.

Mahir Emreli mövsümün əvvəlində “Dinamo”dan (Zaqreb) “Nürnberq”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button