Almaniya mətbuatı: Haland “Real”la anlaşıb

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Real”la anlaşdığı iddia olunur.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 21 yaşlı norveçli hücumçu bu yay və ya 2023-cü ilin yayından etibarən “Real”ın formasını geyinəcək.

Transfer dəyəri 150 milyon avro göstərilən Halandın “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Haland bu mövsüm Bundesliqada 14 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button