Almaniya kubokunun qalibi müəyyənləşdi

Almaniya kubokunda 2024/2025 mövsümünün final matçı keçirilib.

Komanda.az xəbər verir ki, Berlində təşkil olunan həlledici oyunda “Ştutqart” və “Arminiya” qarşılaşıb.

Sürpriz şəkildə finala yüksələn 3-cü Bundesliqa təmsilçisi “Arminiya” bu dəfə məğlub olub. “Ştutqart” 4:2 hesabı ilə üstün olub. Şvabiyalılar tarixdə 4-cü dəfə Almaniya kubokunu qazanıblar. “Arminiya” isə yüksəldiyi ilk finalda məğlubiyyət acısı yaşayıb.

Almaniya Kuboku
Final

24 may

Arminiya – Ştutqart 2:4
Qollar
: Kania, 82. Vaqnoman, 85-öz qapısına – Voltermade, 15. Millot, 22; 66. Undav, 28.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button