Almaniya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunda 2020/21 mövsümünün qalibi müəyyələşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Leypsiq”lə Dortmund “Borussiya”sı qarşılaşıb.
Final matçı kifayət qədər məhsuldar alınıb. Beş qolun qeydə alındığı qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb – 4:1.
Bununla da “Borussiya” tarixində 5-ci dəfə Almaniya kubokunun qalibi olub. Bu baxımdan Dortmund təmsilçisi “Şalke” və “Ayntraxt”a (Frankfurt) çatıb. “Verder” 6 dəfə kubokun ən güclüsü olub. Rekord isə “Bavariya”ya məxsusdur – 20 dəfə.
Almaniya kuboku, final
13 may
Leypsiq – Borussiya (Dortmund) 1:4
Qol: Olmo, 71 – Sanço, 5; 45. Haland, 28; 87.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin