“Bavariya” finalda

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Hamburq” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan qonaq komanda finala vəsiqə qazanıb.

Digər finalçının adına “Verder” – “Bavariya” matçında aydınlıq gəlib. Beş qolluq bu görüşdə çətin qələbəyə sevinən Münhen təmsilçisi həlledici oyuna vəsiqə əldə edib.

Beləliklə, mayın 25-də keçiriləcək final matçında “Leyptsiq”lə “Bavariya” üz-üzə gələcək.

Almaniya kuboku, Yarımfinal

23 aprel

Hamburq – Leyptsiq 1:3
Qol
: Jatta, 24 – Poulsen, 12. Yanyiçiç, 53-öz qapısına. Forsberq, 72.

24 aprel

Verder – Bavariya 2:3
Qol
: Osako, 74. Raşiça, 75 – Levandovski, 36; 80-pen. Müller, 63.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button