Almaniya klubunun baş məşqçisi Bellingem üçün İngiltərəyə gedib

Dortmund “Borussiya”sı Cob Bellingemi transfer etmək istəyir.

Komanda.az “Get German Football News”-a istinadən xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Niko Kovaç, həmçinin, menecerlər Sebastyan Kel və Lars Rikken “Sanderlend”in 19 yaşlı yarımmüdafiəçisinin transferi ilə bağlı danışıqlar aparmaq üçün İngiltərəyə gedib.

Bellingemin dəyərinin 25 milyon avro olduğu bildirilir və digər klublar da futbolçu ilə maraqlanır.

İngiltərəli futbolçunun böyük qardaşı Çud Bellingem “Real”a keçməmişdən əvvəl “Borussiya”da çıxış edib.

Cob Bellingem bu mövsüm çempionatda 40 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button