
Almaniya klubundan yeni transfer – Rəsmi
“Borussiya” (Münhenqladbax) “Arminiya”nın hücumçusu Robin Hakı transfer edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı almaniyalı ilə imzalanan sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
2022/23 mövsümündə ikinci Bundesliqada “Arminiya”nın heyətində 33 oyuna çıxan forvard 10 qol vurub və 5 məhsuldar ötürmə edib. O, Almaniya kubokunda iki oyunda bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin