
Almaniya klubundan türklə yeni müqavilə
Almaniyanın “Hannover” klubu baş məşqçisi Kenan Koçakla müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, türkiyəli mütəxəssis 2023-cü ilin yayına qədər “Hannover”i çalışdırmağa davam edəcək.
39 yaşlı mütəxəssis 2019-cu ilin noyabr ayından “Hannover”i çalışdırır. Sözügedən komanda koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış 2-ci Bundesliqada 25 oyuna topladığı 32 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin