
Hər gün 100 min avro qazanıb – Qovulan baş məşqçi
Leverkuzen “Bayer”i cəmi iki turdan sonra baş məşqçi Erik ten Haqla yollarını ayırdı.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis müqavilənin pozulmasına görə təxminən 5 milyon avro təzminat alıb.
Ten Haqın Leverkuzen klubu ilə müqaviləsi iyulun 1-dən qüvvəyə minmişdi. İllik maaş və təzminatı nəzərə alanda, o, cəmi iki ayda təxminən 6 milyon avro qazanıb. Bu da gündə 100 min avro deməkdir.
Ten Haq “Bayer”də üç ay çalışsa da, komanda ilə münasibətlərdə ciddi problemlər yaşayıb və rəhbərlik onunla əməkdaşlığı davam etdirməməyi üstün tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



