
Almaniya klubundan qapıçısı ilə yeni müqavilə
“Ayntraxt” qapıçısı Kauan Santosla uzunmüddətli yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı əlcək sahibi ilə yeni anlaşma 2030-cu ilə qədər nəzərdə tutulub.
Bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Santos Frankfrut təmsilçisinə 2023-cü ildə Braziliyanın “Flamenqo” komandasından transfer olunub. 21 yaşlı qapıçı bu mövsümdən əsas komandada forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin