Almaniya klubunda yeni baş məşqçi

“Maynts”da yeni baş məşqçi müəyyənləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən vəzifəyə bu həftəyə qədər “Sürix”i çalışdıran Bo Henriksen təyin edilib. Danimarkalı mütəxəssislə 2026-cı ilin iyununa qədər olan müqavilə imzalanıb.

Hazırda “Maynts” Bundesliqada 17-ci pillədə qərarlaşıb.

Almaniya klubu dünən baş məşqçisi Yan Zivertlə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button