Almaniya klubunda qalmaq üçün şərti var
“Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo klubdan ayrılmağı düşünür.
İspaniyalı yarımmüdafiəçi şərt qoyub ki, klubla müqaviləni yalnız “Leyptsiq” bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağ təqdirdə uzatmağa hazırdır. Komanda.az xəbər verir ki, bu barədə “SportBild” məlumat yayıb.
Olmo ilə klub arasındakı hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
“Leyptsiq” Bundesliqada 25 turdan sonra 45 xalla 5-ci pillədə qərarlaşıb.
Olmo 2020-ci ilin yanvarından Almaniya klubunda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 20 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin