Almaniya klubunda baş məşqçi ayrılığı
“Union” (Berlin) baş məşqçisi Urs Fişerlə yolları ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərarı baş məşqçi ilə klub rəhbərliyi birlikdə verib.
Fişer 2018-ci ilin iyulundan “Union”u çalışdırırdı. Berlin klubu Fişerlə tarixində ilk dəfə Konfrans Liqası, Avropa Liqası və Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin