Almaniya klubuna qayıtmaq istəyir – Ən qısa zamanda
“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço İngiltərə klubundan ayrılaraq “Borussiya”ya (Dortmund) qayıtmaq istəyir.
Komanda.az “Suddeutsche Zeitung”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ən qısa zamanda icarə əsasında “Borussiya”ya qayıtmaq arzusundadır.
İngilis futbolçu 2017-2021-ci illərdə Dortmund klubunda çıxış edib.
O, bu mövsüm “Mançester Yunayted”in heyətində 33 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin