
“Borussiya” futbolçusu ilə yollarını ayırdı – rəsmi
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Andre Şürrle ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
2016-cı ildə “Borussiya”ya transfer olunan futbolçu, bu müddət ərzində “Fulhem” və “Spartak”da (Moskva) icarə əsasında çıxış edib. O, son mövsümü Moskva klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin