Almaniya klubu “sükan”ı Klozeyə tapşırdı – Rəsmi

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze 2-ci Bundesliqada “Nürnberq” komandasının baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı dünya çempionu bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” komandasına rəhbərlik edib.

Miroslav Kloze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin mundiallarda ən çox qol (16) vuran futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button