“Bayer”lə “Sevilya” arasında 30 milyon avroluq anlaşma

Leverkuzen “Bayer”i “Sevilya”nın müdafiəçisi Loik Badeni transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayer” artıq “qırmızı-ağlar”la anlaşıb. Müqavilənin dəyəri bonuslarla birlikdə 30 milyon avro olacaq.

Hazırda tərəflər 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilənin şərtlərini müzakirə edirlər.

Fransalı futbolçu ötən mövsüm “Sevilya”nın heyətində La Liqada 32 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button