“Qalatasaray”ın hücumçusu Almaniya klubuna keçib

“Ayntraxt” “Qalatasaray”ın hücumçusu Mişi Batşuayini transfer edib.

Komanda.az Frankfurt klubunun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 2027-ci il iyunun 30-dək olan müqavilə imzalanıb. Transfer məbləği 3 milyon avro qiymətləndirilir.

31 yaşlı forvard bu mövsüm 30 oyun keçirib və 7 qol vurub. O, “Marsel”, “Çelsi”, “Fənərbaxça”, “Beşiktaş”, “Valensiya” və digər klublardakı çıxışı ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button