“Bayern” portuqaliyalı futbolçu üçün son təklifini edəcək

“Bayern” sonuncu dəfə “Fulhem”in yarımmüdafiəçisi Joao Palinyanın transferini rəsmiləşdirməyə çalışacaq.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 28 yaşlı futbolçu üçün 45 milyon avro təklif edəcək. Hər iki tərəfin bu təkliflə nikbin olacağı qeyd edilir.

Daha əvvəl Palinyanın “Bayern”lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilmişdi.

Palinya ötən mövsüm bütün yarışlarda 40 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun dəyəri 55 milyon avro qiymətləndirilir. Portuqaliyalı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button