Hoylundun Almaniyadan “müştəri”si var

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund Premyer Liqanı tərk edərək karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İddialara görə, 22 yaşlı forvardla Dortmund “Borussiya”sı maraqlanır. “Arılar” yay transfer pəncərəsi bağlanmazdan əvvəl onu heyətə qatmağa cəhd göstərə bilər.

Danimarkal forvard ötən mövsümdə İngiltərə çempionatında 32 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button