Almaniya klubu Fələstini dəstəkləyən futbolçu ilə bağlı qərar verib
Almaniyanın “Maynts” klubu komandanın vingeri Ənvər Əl Qazi ilə müqaviləni pozmamaq qərarına gəlib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Fələstinlə İsrail arasındakı münaqişə ilə bağlı mövqeyini açıq şəkildə göstərən və bütün günahsız fələstinlilərin qətlini pislədiyini bildirəndən sonra klub rəhbərliyi 28 yaşlı futbolçunu komandada saxlamaq qərarına gəlib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Almaniya klubunun Fələstinə dəstək yazılarına görə niderlandlı futbolçu ilə müqaviləyə xitam verəcəyi barədə məlumat yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin