Almaniya klubu baş məşqçisini istefaya göndərdi
Almaniyanın “Arminiya” klubu baş məşqçisi Uve Noyhausu istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemetin də vəzifəsindən azad edildiyi diqqətə çatdırılıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub. Bilefeld təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində 22 oyuna cəmi 18 xal toplaya bilib və 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Uve Noyhaus 2018-ci ildən “Arminiya”nı çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin