Almaniya klubu baş məşqçisinə vaxt verib

“Borussiya”nın (Dortmund) baş məşqçisi Edin Terziç tezliklə klubsuz qala bilər. 

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssisin işini diqqətlə izləyir. Rəhbərlik son oyunlardakı zəif nəticələrindən narahatdır (bütün turnirlərdə son 14 matçda cəmi 4 qələbə). 

Komandanın əsas məqsədi növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Qarşıdakı bir neçə matçda vəziyyət düzəlməzsə və komanda müntəzəm qələbə qazanmağa başlamasa, o zaman “Borussiya” Terziçlə yollarını ayıracaq.

Almaniyalı mütəxəssis 2022-ci ildən “Borussiya”nı çalışdırır.

Dortmund təmsilçisi hazırda Almaniya çempionatının turnir cədvəlində 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button