Almaniya klubu baş məşqçini istefaya göndərdi – ÇL-dəki məğlubiyyətə görə

Almaniyanın “Leyptsiq” klubu baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Komanda.az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Andreas Hinkel və Maks Urvançik da yola salınıb.

Səbəb “Leyptsiq”in dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında Ukrayna “Şaxtyor”una 1:4 hesabı ilə uduzmasıdır. Bundan əvvəl isə komanda Bundesliqada “Ayntraxt”a məğlub olub – 0:4.

Tedesko 2021-ci ilin dekabrından “Leyptsiq”n baş məşqçisi idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button