Almaniya klubu “Barselona”nın təklifini rədd edib

“Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo “Barselona”nın maraq dairəsindədir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” ispaniyalı futbolçunun transferi üçün Almaniya klubuna 40 milyon avro təklif edib. Bu məbləğ “Leyptsiq”ə uyğun gəlməyib və onlar Kataloniya klubunun təklifini rədd ediblər.

Olmo Almaniya çempionatının ötən mövsümündə 21 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçi İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button