Almaniya klubu Ardanı icarəyə götürmək istəyir

Türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​”Real”ı tərk edə bilər.

Komanda.az “Ok Diario”-ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Bayer” (Leverkuzen) maraqlanır. Almaniya klubunun rəhbərliyi yarımmüdafiəçinin icarəsi ilə bağlı “Real”la razılaşmaq istəyir. Ancaq nə Gülər, nə də “kral klubu” bu keçiddə maraqlıdır.

Arda ötən mövsüm İspaniya çempionatının 10 oyununda iştirak edib, 6 qol vurub. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button