
Almaniya klubu “Real”ın futbolçusu üçün təklif hazırlayır
“Real”ın futbolçusu Rodriqo karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 23 yaşlı vingerin transferi üçün “kral klubu”na rəsmi təklif göndərməyə hazırlaşır. Almaniya çempionu braziliyalı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Rodriqoya maraq göstərən yeganə klub “Bayern” deyil. Daha əvvəl onunla “Arsenal”, “Mançester Siti” və “Çelsi” də maraqlanmışdı.
Rodriqonun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



