Almaniya futboluna ağır itki üz verdi

Almaniya futboluna ağır itki üz verib.

Komanda.az xəbər verir ki, Almaniya millisinin və “Bayern”in əfsanəvi müdafiəçisi olmuş Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Onun ötən ilin sentyabrından səhhəti pisləmişdi.

Bekkenbauer Almaniya yığmasının heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub. O, “Qızıl top” mükafatının ikiqat qalibidir. Bekkenbauer dörd dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button