Qələbəni azarkeşlərlə qeyd edən Bundesliqa klubu cəzalandırıldı
Almaniya Futbol Liqası “Yunion” klubunu və iki futbolçusunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. “Yunion” klubunun cəzalanmasına səbəb, Bundesliqanın 32-ci turunda “Paderborn”u məğlub etdikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi olub.
“Yunion”un iki futbolçusu – Kristofer Trimmel və Şeraldo Bekker də cəzalandırılıb. Hər iki futbolçu koronavirus testi verəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin