50 min avro cərimə – irqçiliyə görə
Almaniya Futbol Federasiyası “Şalke” klubunu cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Herta” ilə keçirilən matçda (3:2) irqçilik etməsi olub. Almaniya Futbol Federasiyası fanatları irqçilik edən “Şalke” klubunu 50 min avro cərimələyib.
“Şalke” – “Herta” matçının 85-ci dəqiqəsində Berlin təmsilçisinin futbolçusu Cordan Torunariqa irqçiliyə məruz qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin