
Naqelsmannla bağlı qərar verilib
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın gələcək taleyi 2024-cü il Avropa çempionatındakı uğursuz çıxışdan sonra məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası 36 yaşlı mütəxəssislə yeni müqavilə bağlamağı planlaşdırmır.
Naqelsmannın komandası vətənində keçirilən turnirdə İspaniya millisinə 1/4 finalda məğlub olaraq, mübarizədən kənarlaşdırılıb (1:2).
Avropa çempionatının final matçında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşma iyulun 14-də Berlində keçiriləcək və saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin