
Hummels xatırlanacaq – Millinin oyununda
Almaniya Futbol Assosiasiyası tərəfindən karyerasını bitirmiş futbolçu Mats Hummels xüsusi yad ediləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Futbol Assosiasiyasının prezidenti Bernd Neundorf bu haqda danışıb:
“O, həm meydanda, həm də meydandan kənarda həmişə məsuliyyət daşıyan əsl liderdir. Biz ona Almaniya futboluna verdiyi bütün töhfələrə və təbii ki, 2014-cü il dünya kubokunu qazandığına görə çox minnətdarıq”.
Almaniya millisi sentyabrın 7-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq. Matçdan əvvəl Neundorf və daha bir sabiq almaq futbolçu Rudi Föller söz alaraq, oyunçunu yad edəcəklər.
Hummels 2010-2023-cü illərdə Almaniya millisində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



