Bundesliqanın startı yenidən təxirə salına bilər
Almaniya Bundesliqasının mayın 9-da bərpa oluna biləcəyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Bundesliqa rəhbərliyinin bu planı baş tutmaya bilər. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Almaniyada koronavirusa yoluxma hallarının yenidən artması səbəbindən hökumətin Bundesliqanın startına icazə verməyəcəyi ehtimal olunur.
Almaniyada karantin rejimi yenidən sərtləşdirilsə, Bundesliqanın mayın 9-na planlaşdırılan startı yenidən təxirə salına bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin