
Bundesliqanın oyununa koronavirus əngəli
Almaniya Bundesliqasının 26-cı turunun “Borussiya” (Dortmund) – “Şalke” matçı azarkeşsiz keçirilə bilər.
Komanda.az xəbər verir ki, buna səbəb koronavirus epidemiyasının yayılmasıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Almaniyanın səhiyyə naziri Yens Span ölkədə 1000-dən çox insanın iştirak etdiyi tədbirlərdə xüsusi yollara əl atacaqlarını deyib.
“Borussiya” – “Şalke” matçı martın 14-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin