Üzlərini bağlayıb meydana girdilər, oyunda fasilə yarandı FOTO
Almaniya Bundesliqasının 10-cu turunun Berlin derbisində – “Yunion” – “Herta” matçında maraqlı hadisə yaşanıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun ikinci hissəsində bir neçə maskalı şəxs meydana daxil olub. Bu zaman oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.
Meydan sahiblərinin qapıçısı Rafal Qikeviç maskalı fanatlardan tribunalara qayıtmalarını tələb edib. Polşalı qolkiperin müdaxiləsindən sonra azarkeşlər meydançanı tərk edib və oyun yenidən davam edib.
“Yunion” – “Herta” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin