Bundesliqa oyunlarına buraxılacaq azarkeş sayı açıqlandı

Almaniya Bundesliqasında yeni mövsümün oyunlarına buraxılacaq azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşmalara stadionun tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 50 faiz azarkeşə icazə verilsə də, tamaşaçıların ümumi sayı 25 mini keçməməlidir. Bu qərar sentyabrın 13-dək qüvvədə olacaq.

Almaniya Bundesliqasında yeni mövsümə avqustun 13-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button