Bundesliqa: 1 oyunda azarkeşlərin iştirakına icazə verilə bilər

Almaniya Bundesliqasında yeni mövsümün ilk turu çərçivəsində keçiriləcək “Verder” – “Herta” matçında azarkeşlər iştirak edə bilərlər.

Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, Bremendə koronavirusa yoluxanların sayının azalması səbəbindən “Verder” – “Herta” oyununda 8500 azarkeşin iştirak edə biləcəyi bildirilib. Bu, stadionun tutumunun 20 faizidir.

“Verder” – “Herta” matçı sentyabrın 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button