Bundesliqada ilk yarının ən yaxşısı “Bavariya”lı oldu
Almaniya Bundesliqasında mövsümün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Kicker” nəşrinin keçridiyi sorğuda “Bavariya”nın futbolçusu Robert Levandovski ilk yarının ən yaxşısı seçilib. 239 futbolçunun iştirak etdiyi sorğuda polşalı futbolçu səslərin 47.7 faizini toplayıb.
“Leyptsiq”in futbolçusu Timo Verner siyahıda ikinci (14.6), “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Ceydon Sanço isə üçüncü olub (6.7).
Levandovski cari mövsümdə Bundesliqada iştirak etdiyi 17 oyunda 19 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin