Bundesliqa da təxirə salındı – rəsmi
Almaniya Bundesliqasının oyunları təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Koronavirus pandemiyasına görə Bundesliqa martın 17-dən aprelin 2-nə qədər keçirilməyəcək.
Almaniya 2-ci Bundesliqası da eyni vaxtadək təxirə salınıb.
Bundesliqa ilə yanaşı, İspaniya La Liqası, Niderland Erediviziyası da ertələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin