Alman qapıçı Premyer Liqa klubu ilə anlaşdı

“Arsenal”ın qapıçısı Bernd Leno “Fulhem”lə müqavilə imzalayıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, artıq qapıçı ilə paytaxt klubu arasında hər şey razılaşdırılsa da, klublar arasında transferin məbləği hələ də müzakirə olunur. “Arsenal” Leno üçün 12 milyon avro istəyir.

Daha əvvəl bildirilmişdi ki, Almaniya millisinin üzvü DÇ-2022-də iştirak etmək üçün daha çox oyun vaxtı əldə etməyə ümid edir.

Lenonun “Arsenal”la müqaviləsi 2023-cü ilin yayında başa çatır. 30 yaşlı almaniyalı futbolçu 2018-ci ildə “Bayer”dən (Leverkuzen) 25 milyon avroya transfer olunduqdan sonra “topçular”ın heyətində 122 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button