“Şalke”dən ayrılır, “Bavariya”ya keçir
Almaniyalı qapıçı Aleksandr Nübel mövsümün sonunda “Şalke”dən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, 23 yaşlı qapıçının mövsümün sonunda bitəcək müqaviləsinin yenilənməyəcəyi bildirilib.
2015-ci ildən “Şalke”də forma geyinən Nübel, bu mövsüm 17 oyuna çıxıb və 20 qol buraxıb.
Almaniya mətbuatının xəbərinə görə, Nübel yayda “Bavariya”ya keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin