“Bavariya”dan ayrılmaq istəyir – narazıdır
Alman qapıçı Aleksandr Nübel “Bavariya”dan ayrılmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 24 yaşlı futbolçu oyun praktikasının azlığından narazıdır və yayda komandanı tərk etmək niyyətindədir.
Ötən il “Şalke”dən “Bavariya”ya keçən Nübel bu mövsüm iki oyuna çıxıb. Qapıçının klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin