Alman hücumçu Premyer Liqa klubunda

İngiltərənin “Vest Hem” klubu Almaniya millisinin hücumçusu Niklas Füllkruqu transfer edib.

Komanda.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “çəkicdöyənlər” 31 yaşlı forvardla 4 illik müqavilə bağlayıb.

Bu transfer ingilislərə 26 milyon avroya başa gəlib.

Ötən mövsümü ölkəsinin “Borussiya” (Dormund) komandasında keçirən Füllkruq meydana çıxdığı 46 oyunda 16 qol vurub. O, Almaniyada keçirilən Avropa çempionatında 5 matçda 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button